Dr.Pərvin Məlikova

Məlikova Pərvin Hüseyn qızı 27 aprel 1981-ci il tarixində doğulub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Stomotologiya fakultəsindən məzun olub. 2005-2006 illərdə internaturanı keçmişdir. Elə həmin il Ağdaş Mərkəzi Xəstəxanasına həkim-stomatoloq vəzifəsinə işə düzəlmişdir.2013-2016-cı illər ərzində AzDent klinikasinda, 2016-cı ildən bü günə qədər V.A.Dent klinikasında həkim stomotoloq vəzifəsində çalışır. Bu müddət ərzində müxtəlif kurslarda iştirak etmişdir: Dr.Maxim Belograd (Kiyev) tərəfindən kompozit restovrasiya və rubbendamologiya haqqında; Endodontiyada ağır diaqnoz və onun müalicəsi prof. Dr. Leandro Pereira; Murad Axundovun ön və arxa dişlərin restovrasiyası; Alyona Qolovenko tərəfindən Sirona Dental Şirkətinin 3D Xray Stomatologiya kursu; Dişlərin beyazlanmasını həyata keçirmək üçün nəzəri və praktiki kurs; Ortodontologiya, Endodontologiya, İmplantologiya üzrə nəzəri kurs; Igor Noenko tərəfindən Kök kanalı müalicəsi; Asif Arxməmmədov tərəfindən Endodontiyada kök kanalının müalicəsi kursu; Kök kanalının müalicəsi zamanı qarşılaşan problemlər və onların həlli, Dos.Dr.Baybora Kayahan; Maxim Beloqradın endodontiyadan - dişlərin bərpasınadək; Özünü tənzimləyən fayl sisteminin nəzəri və praktiki kursu; Viktor Şerbakovun Beyin fırtınası kursu; Dr. G.Vitkovskinin Müasir Endodontiya - kökdən bərpaya doğru kursu və digər kursların iştirakçısı olmuşdur. Bundan əlavə O, 20-21.05.2016- ci il tarixində Bakıda keçirilən Estetik Diş Həkumlərinin 2-ci beynəlxalq konqresində, 28.09.2017 –ci il tarixində "Bilge Hakan Şen ilə endodontiya" mövzusunda Bakıda keçirilən konfransda, 23-24.12.2017 –ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan Uşaq stomatologiyasına həsr olunmuş elmi-praktiki konfransda və digər tədbirlərdə iştirak etmişdir.