Ortodontiya

tari_image012.282x0

 

 

 

 

 

 

 

Ortodontiya

Gözəl, simmetrik düzülmüş dişlər insana nəinki cazibədarlıq, həm də özünəgüvən hissi verir. “Vadent” estetik klinika ortodontiya sahəsində geniş xidmətlər spektri, o cümlədən breket sistemlərin hazırlanması və quraşdırılmasını təklif edir.

Breket sistemi – xüsusi materiallardan hazırlanmış kiçik qıfılcıqları bir-birinə birləşdirən metal qövsdür. Breketlər dişlərin üzərinə bərkidilir, onların vəzifəsi dişlərə lazımi düzgün mövqe verməkdir. Sistemin daimi təzyiqi ilə diş yerini düzgün mövqeyə dəyişir. Klinikamızın peşəkar stomatoloqları anlayır ki, breketlərin düzgün yerləşdirilməsi – işin yalnız yarısıdır. Dişlərin lazımi istiqamətdə hərəkət etməsi üçün dəqiq ilkin diaqnostika və sistemin sonrakı aylıq düzəlişləri çox əhəmiyyətlidir. Təbii ki, pasient özü də problemə ciddi yanaşmalıdır. Burada ən vacib məqam ağız boşluğunun müntəzəm və dəqiq gigiyenası, dişlərin hərəkəti istiqamətinin müşahidəsi və tənzimlənməsi üçün stomatoloqun vaxtaşırı ziyarətidir.

Breket sistemlərinin sayəsində hər kəs qüsursuz Hollivud təbəssümünü əldə edə bilər və bu mübaliğə deyil. Bugün gözəl təbəssüm hər bir insan obrazının vacib hissəsidir, buna görə də siz səhv qapanışın düzəldilməsi üzrə bu cür çətin işi klinikamızın peşəkarlarına etibar edə bilərsiniz və nəticənin sizi məyus etməyəcəyinə əmin ola bilərsiniz!