Vadent » Bloqlar » İmplantoloqiya

İmplant nədir? İmplantlar arasında fərq varmı? İmplant neçəyədir? İmplantın xidmət müddəti nə qədərdir? İmplantı harada yaxşı qoymaq olar? Alman və ya Koreya implantları arasında nə fərq var? Bu suallar gündəlik olaraq müntəzəm qəbul keçirən stomatoloqlara verilir. Cavab olaraq demək istəyirəm ki, bu gün implantlar diş itkisində müalicənin ən proqnozlaşdırıla bilən və ən uzunömürlü müalicə üsuludur.


Diş implantlarının bir çox istehsalçısı mövcuddur. Pasiyent üçün implant seçərkən, etibarlı istehsalçılar tərəfindən hazırlanmış və uzun illər ərzində özünü doğruldan bir implant seçmək çox vacibdir. Əmin olmaq lazımdır ki, bu implantın aksesuarları və hissələri gələcək onilliklər ərzində zəruri müdaxilələr üçün əlçatan olacaqdır. Həmçinin, pasiyentin yaşadığı şəhər və ya dövlətdə bu və ya digər materialların distribusiyasını nəzərə almaq lazımdır, çünki dünyada kifayət qədər məşhur olan bəzi implantlar yüksək qiymətə və ya populyar olmadığı üçün digər ölkələrdə olmaya bilər.


Bütün bu faktorları nəzərə alaraq qeyd etmək lazımdır ki, müxtəlif istehsalçıların implantlarının dəyəri müxtəlifdir. Qiymətə həm implantın makrodizaynı (onun anatomiyası, implantın xarici hissəsi ilə birləşmə metodları), həm də mikro işlənməsi təsir edir. Mikro işlənmə ideal təmiz olmalı, kənar işləmə materiallarının izlərini daşımamalıdır.


Bütün yuxarıda göstərilənlərdən əlavə, implantın qiymətinə həkimin işi də təsir edir. Bu iş təcrübə, təhsil və klinikanın spesifikasiyası ilə qiymətləndirilir. Qeyd etmək istərdik ki, düzgün qoyulmuş, keyfiyyətli bir implant onilliklər boyu xidmət edə bilər. Eyni zamanda, eyni markalı implant başqa bir həkim tərəfindən quraşdırıldıqda, eyni pasiyentdə bir neçə ildən sonra problemlərə səbəb ola bilər. Buna görə də implant markasını seçərkən və aralarındakı fərqi araşdırarkən, implantın davamlılığına və keyfiyyətinə ən çox təsir edən faktorun həkim olduğunu unutmamaq lazımdır.


whatsapp-icon

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.