Rentgenoloji müayinə stomatologiyada diaqnostika və diaqnoz qoyulmasının əsas metodlarından biridir. Texnologiyanın inkişafı ilə rentgenoloji metodlar adi plyonkalı üsullardan rəqəmsal üsullara, daha sonra isə 3D təsvirlərə keçmişdir. Bu, dişi üç müstəvidə araşdırmağa, kanalların əyriliyini, kök ucu və ya parodont bölgəsində hər hansı patologiyaların mövcudluğunu aşkar etməyə imkan verir. Stomatoloji müayinənin ayrılmaz hissəsi konus-şüalı kompüter tomoqrafiyası və ya konus-şüalı rentgendir ki, bu da pasiyentlərin müayinəsində qızıl standart olmuşdur. Müasir avadanlıqlardan istifadə etmək şüalanma dozasını minimuma endirməyə və həm diaqnostika, həm də mürəkkəb cərrahi əməliyyatların planlaşdırılması üçün ən dəqiq təsvirlər əldə etməyə imkan verir.
Bundan əlavə, konus-şüalı tomoqraf və ya 3D rentgen vasitəsilə üst çənə ciblərinin, alın ciblərinin problemlərini, Haymor boşluğundakı iltihabi xəstəliklərin olub-olmamasını, həmçinin çənə-oynaq birləşməsində patologiyaların mövcudluğunu diaqnostika etmək mümkündür. Konus-şüalı tomoqraflar stomatoloji praktikada geniş istifadə olunur, yeniyetmələrdə biləkdə böyümə zonalarını müəyyən etmək, eləcə də diş implantlarının cərrahi yolla yerləşdirilməsi üçün uyğun vaxtı dəqiqləşdirmək üçün tətbiq olunur. VAdent klinikasında yuxarıda göstərilən bütün rentgenoloji müayinələr mövcuddur.