Vadent » Bloqlar » Profilaktika,təmizləmə

Artıq sirr deyil ki, hər hansı bir xəstəliyin qarşısının alınması, həmin xəstəliyin müalicəsi ilə müqayisədə daha sadə və ucuz bir üsuldur. Stomatoloji praktika da istisna deyil və ağız boşluğunda sərt və yumşaq toxumaların zədələnmə riskini minimuma endirmək üçün stomatoloji xəstəliklərin profilaktikasını əhatə edən bəzi prosedurları özündə birləşdirir. Profilaktika nədir? İlk növbədə, diş-çənə sisteminin xəstəliklərinin profilaktikası gigiyenaya əsaslanır. Bildiyimiz kimi, bütün insanlarda zamanla dişlərdə yumşaq və sərt çöküntülər yaranır ki, biz bunlara kalksifikatlar və ya diş daşı deyirik. Tüpürcəyin viskozluğundan asılı olaraq, bu kalksifikatlar az və ya çox miqdarda ola bilər. Həmçinin bu çöküntülərin əmələ gəlmə sürətinə tüpürcəyin viskozluğunun fərdi xüsusiyyətləri və pasiyentin mütəmadi gigiyenası təsir edir. Bununla yanaşı, istehlak olunan qida rasionu da mühüm rol oynayır. Bütün bu amillər birlikdə diş daşlarının daha erkən və ya daha gec yaranmasına səbəb olur.


Beynəlxalq praktikanın tələbinə əsasən, professional diş təmizliyi üçün stomatoloqa müraciət minimum ildə iki dəfə qızıl standart hesab olunur. Professional ağız gigiyenası zamanı stomatoloq-higiyenist dişlərin səthini, o cümlədən diş ətrafındakı yumşaq toxumaları diş-əti çöküntülərindən təmizləyir, sonra isə həmin nahiyələri hamarlaşdırır və cilalayır. Bu prosedur bir neçə üsulla həyata keçirilir. Hazırda diş-əti daşlarının təmizlənməsi üçün ən müasir metod yüksək dəqiqlikli ultrasəs cihazlarından istifadədir. Unutmaq olmaz ki, ultrasəs cihazlarından yalnız mütəxəssislər istifadə etməlidir, çünki diqqətsiz tətbiq, təzyiqin düzgün istiqamətləndirilməməsi və soyutmanın düzgün istifadə edilməməsi diş toxumalarının yanmasına və hətta nekrozuna səbəb ola bilər. Daşların təmizlənməsindən sonra səth bir neçə üsulla cilalanır. Bu, abraziv pastalarla mexaniki cilalanma ola bilər ki, bu da diş səthinə mənfi təsir göstərərək emalin incəlməsinə gətirib çıxarır. Eyni zamanda, cilalanma kontaktsız şəkildə də həyata keçirilə bilər. Abraziv təzyiqli üsulda su, toz və hava birgə tətbiq olunur. Bu halda müxtəlif növ tozlardan istifadə edilir. Ən populyar tozlardan biri natrium-bikarbonat tozudur. Natrium-bikarbonat bizim tanıdığımız qida sodasıdır, müxtəlif ətirlər və dad dəyişdiriciləri ilə zənginləşdirilmişdir. Lakin mikroskopik böyütmə zamanı natrium-bikarbonatın hər bir hissəciyinin qeyri-müntəzəm ulduz formasında olduğu müşahidə edilir ki, bu da istifadəsi zamanı diş ətlərinin yumşaq toxumalarına daha çox travma verir. Diş təmizliyi üçün ən yaxşı toz hesab edilən material hidroksi-kalsium tozudur. Natrium-bikarbonatdan fərqli olaraq, bu toz diş ətlərini zədələmir və emal səthinin minerallaşmasını təmin edən kimyəvi xüsusiyyətlərə malikdir. V.A. Dent klinikasında professional diş təmizliyi üçün yalnız yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə hidroksi-kalsium tozu istifadə olunur.


whatsapp-icon

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.