Vadent » Bloqlar » Uşaq stomatoloqiyası

Uşaqlarda diş müalicəsi böyüklərlə müqayisədə daha çox diqqət və zaman tələb edir. Uşaqların dişlərinə baxmaq çox çətindir, çünki bu pasiyentlər müdaxilədən qorxduqlarına görə həkimlə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bununla belə, erkən diş zədələrini, hətta süd dişlərini müalicə etmək çox vacibdir, çünki süd dişlərinin vaxtından əvvəl itirilməsi daimi dişlərdə ikinci dərəcəli diş-çənə deformasiyalarına səbəb ola bilər. Bundan əlavə, ön qrup süd dişlərinin itirilməsi diktə və danışıqla bağlı problemlərə gətirib çıxara bilər. Süd dişlərinin uzun müddət olmaması dilin böyüməsinə, yəni makroqlossiyaya səbəb olur ki, bu da pasiyentin yetkin yaşlarında həmişəlik bir az ləhcə ilə danışmasına gətirib çıxarır.


Kanal və dişlərin plomblanması baxımından burada böyüklər üçün istifadə edilən materiallardan tamamilə fərqli materiallar tətbiq olunur. Uşaqların dişlərini böyüklər üçün istifadə edilən materiallarla plomblamaq olmaz, çünki bu dişlərin kökləri zamanla sərbəst şəkildə əriməli və daimi dişlərin çıxmasına mane olmamalıdır. Bundan əlavə, uşaqlarla işləmək daha çox diqqət və konsentrasiya tələb edir, çünki qəfil hərəkətlər və hər hansı bir alətin və ya pambıq quruducu vasitələrin aspirasiya riski var.


Qorxusu yüksək olan və adi metodlarla müalicəyə tabe olmayan uşaqlar üçün geniş şəkildə sedasiya üsulları tətbiq olunur. Sedasiya tam və qismən olur. Tam sedasiya zamanı uşaq tamamilə yatır, lakin süni tənəffüs aparatı qoşulmur. Bu halda adətən pasiyentə kompleks sanasiya, bütün problemli dişlərin və karies ocaqlarının plomblanması aparılır. Daha müasir, rahat sedasiya metodu kimi pasiyentə spesifik qoxusu olmayan qazdan nəfəs almaq təklif olunur. Bu qaz azot-oksid qazıdır. Onu həm də “gülüş qazı” adlandırırlar. Bu sedasiya üsulu tətbiq edildikdə pasiyent ayıq olur, həkimin bütün göstərişlərini yerinə yetirir, eyni zamanda tamamilə rahatlaşır və qorxu hissini itirir.


V.A. Dent klinikasında əsasən azot-oksid qazı ilə sedasiya metodu tətbiq olunur, çünki bu metod daha təhlükəsizdir və bir çox pasiyentin valideynləri bu üsula dərin yuxu ilə müqayisədə üstünlük verirlər. Lakin mürəkkəb cərrahi manipulyasiyalar zamanı, böyük əməliyyatlar tələb olunduqda, pasiyentin tamamilə yatacağı dərin sedasiya tətbiq oluna bilər.


whatsapp-icon

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.