Diş qırılması – qəfil travmalar, sərt qidalar və ya zəifləmiş diş strukturu nəticəsində baş verə biləcək ciddi stomatoloji problemdir. Qırılmış diş yalnız estetik deyil, həm də funksional baxımdan narahatlıq yarada bilər və təcili müdaxilə tələb edir.
Diş qırılmasının əsas səbəbləri:
• Fiziki travma (idman, qəza və s.)
• Çürük və zəifləmiş diş toxuması
• Dişin sərt obyektə dəyə bilməsi
• Diş sıxma və ya gıcırdatma (bruksizm)
Qırılmış diş üçün bərpa üsulları:
• Kompozit plomba – kiçik çatlar və qırıntılar üçün
• Estetik vinir və ya overley – orta və böyük qırılmalar üçün
• Kanal müalicəsi və tac bərpası – sinir zədələnmişsə
• İmplantasiya – əgər diş bərpa olunmaz haldadırsa
Nə etməli?
• Qırılmış dişin hissəsini qoruyun (əgər varsa təmiz duzlu suda saxlayin)
• Dişə təzyiq etməyin və isti soyuqdan qoruyun
• Ən qısa zamanda stomatoloqa müraciət edin
Niyə bizi seçməlisiniz?
• Təcili stomatoloji yardım
• Rəqəmsal diaqnostika və yüksək dəqiqlik
• Təbii görünüşlü və funksional bərpa