Vadent » Həkimlər » Dr. Vəfa Hüseyn
Dr. Vəfa Hüseyn

Dr. Vəfa Hüseyn Aydın qızı

10 yanvar 1981 ci il tarixində Bakı şəhərində doğulub.1997-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 5 nömrəli stomatologiya poliklinikasında internaturanı keçmişdir. 

2003-2008 illər ərzində ‘İbn Sina’ klinikasında həkim stomatoloq vəzifəsində çalışmışdır. 

2008-ci ildən bu günə qədər VA Dent estetik klinikasında həkim stomatoloq vəzifəsində işləyir. Bu müddət ərzində müxtəlif kurslarda və seminarlarda iştirak etmişdir. 2011-ci ildə (Ukraynada) Seryey Radlinskiy ‘Ön dişlərin estetikası’ kursunu, 2013-cü ildə (Rusiyanın) Sankt-Peterburq şəhərində ‘Endodontiya’, ‘Təkrar endodontik müalicəsi’ və ‘Estetik restavrasiya’ kurslarını bitirmişdir.
Stomatologiyanın terapevtik, endodontik, ortopedik, pediatrik sahələri üzrə mütəxəssisidir.



whatsapp-icon

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.