Klinikamızda cərrahiyyə sayəsində də ən yeni üsullardan istifadə edərək müalicə metodları tətbiq olunur.
Dişlərin çəkilməsi.
Dişlərin çəkilməsi zamanı diş ətində olan yumşaq toxumaları və sümük toxumasını qorumaq çox vacibdir.Bunun üçün xüsusi cihazlar (Piezo cihazı) və alətlər (Bennex alətləri) lazımdır.Diş çəkilməsi zamanı ətraf toxumalar zədələnirsə ,gələcəkdə həmin bölgənin atrofiyasına səbəb olur ,o da estetik və implant yerləşdirmələri zamanı maniyələr yaradır.Bunun üçün yuva qoruma (socet preservation) texnikasını istifadə etməklə diş çəkilən bölgəyə qandan alınmış PRF və sümük biomaterilları yuvaya qoyulur.Bu prosedur aparılan bölgədə diş çəkimindən sonra yaranan atrofiyanın qarşısı alınır.Bəzən dişlər retentləşmiş və ya yarı retentləşmiş olur.Bu tip dişləri çəkmək üçün kiçik cərrahi müdaxilə tələb olunur.
Kistektomiya.
Diş köklərinin iltihabı, kanal müalicəsi vasitəsi ilə aparılır.Bəzən kök ətrafında uzun müddət iltihab olduqda kistaların əmələ gəlməsinə səbəb olur. Diş kökün kistalarını kistektomiya kimi prosedurlar ilə aradan qaldırırlar.
Kök Hemiseksiyası
İki köklü dişlərdə kök arasında çatlar və ya perforasiya olduğu halda Hemiseksiya texnikası ilə həmin köklər ayrılır və ayrı diş kimi bərpa olunur.
Gingivoplastika (Diş əti çəkilmələri müalicəsi)
Gingivoplastika -diş ətinin gülüş xətdindən aşağıda olması estetik problemlər yaradır.Bundan başqa diş ətlərinin çəkiməsində də dişlər uzun görsənir.Diş ətini əvvəlki səviyyəyə qaldırmaq və ya gülüş xəttini düzəltmək gingivoplastika əməliyyatları ilə mümkündür.
Kök amputasiyası
Çox köklü dişlərdə bir kökdə iltihab və ya kist olduqda və bu iltihab müalicə olunmadıqda kök amputasiyası proseduru keçirilir.Bu prosedur diş qalmaq şərti ilə dişin yalnız bir kökü çəkilir.
Sümük atrofiyalarının cərrahi bərpası
Sümük həcminin artırılması -Dişlər uzun müddət öncə çəkildikdə və ya travmalı diş çəkilməsi keçirilibsə həmin yerdə ciddi sümük atrofiyası müəyyən olunur.Bu hallarda damaq profili dəyişir və implant müalicəsi üçün kifayyət qədər toxuma olmadığından GBR yəni sümük həcminin artırılması proseduru keçirilir.Bunun üçün autograft və xenograftlardan,biomateriallardan istifadə olunur.
Sinus lift əməliyyatları
Yuxarı çənə boşluğu (sinus) diş çəkilən zaman aşağıya doğru inkişaf edir ve o da öz növbəsində implant müalicəsi üçün əlavə sinus lift prosedurunu etmək məcburiyyətini yaradır. Sinus lift açıq yəni (Lateral approach) və qapalı (crest approach) şərti ayrıla bilər.
Frenulum ektomiya
Frenulum kəsilməsi -Yuxarı və ya aşağı dodağın frenulumu dişlərə çox yaxın birləşərsə diş ətinin çəkilməsinə dişlərin arasında diastemaların yaranmasına səbəb olur.Klinikamızda olan lazer cihazı ilə qansız ağrısız frenulanı yuxarı qaldırırlar.