İmplantologiya haqqında

Implant nədir?

İmplant- dişi əvəz edən süni kökdür.İmplant əməliyyatı diş çəkilən zaman və ya diş olmayan bölgədə keçirilir.Müasir implantları dərhal yükləmək mümkündür.Yəni 1 günə implant qoyulub üstünə diş qoyula bilər.

 

İmplant fərqləri- İmplantlar makro və mikro geometriyası ilə və Implant abatment birləşməsi ilə fərqlənir.İmplantın makro geometriyası (forması) implantın ilkin stabilliyini təmin edir. İmplantın mikro geometriyası implantın osteointeqrasiya sürətinə cavab verir.

 

 

 

Parametr və markasına görə conical birləşmə ,switch  platform avropa istehsalı implantların qiyməti  260 ş.v.

Bəzən uzun müddət diş olmadıqda sümük atrofiyaya uğrayır və həmin bölgəyə implant yerləşdirilməsi üçün sümük həcminin artırılması prosedurunu yerinə yetirmək məcburiyyətindəyik.Bunun üçün autograft,allograft ksenoqraft və ya trikalsium fosfat (Ca3(PO4)2 materiallarından istifadə olunur.İmplant ətrafında kifayət qədər sümük toxuması və ya keratinləşmiş damaq varsa implantın ömrü bir neçə 10 illərlə ölçülür.

Klinikamızda implantalogiyada yeni CGI metodu ile kəsiksiz,tikişsiz 1 günə implant müvəqqəti diş əməliyyatı aparılır

 

 

 

İmplant yerləşdirdikdən sonra  implantlara qulluq nece olmalıdır?

İmplantı adi dişlər kimi  təmizləmək lazımdır səhər, axşam.İmplant təmizləmə texnikası,  diş fırçaları və diş məcunları diş  təmizləmə  texnikası ilə eyndir. Bəzi hallarda implant  konstruksiyası  çox  mürəkkəb  olduğu zaman implant təmizlənməsi üçün həkim tərəfindən  xüsusi  tövsiyə  olunan  diş  fırçalarından istifadə etmək məsləhətdir. Əgər ağız boşluğunda çox sayda implantlar varsa, böyük ortopedik konstruksiyası mövcuddursa irriqator istifadəsi məsləhət görülür. Bu cihaz təziq ilə su vuraraq, çətin təmizlənən implantla damaq arası bölgələri yaxşı təmizləyə bilir. Bundan  əlavə irriqatorlar masaj funksiyasını da yerinə yetirə bilir. Pasient şəkər xəstəsi, allergiya, daimi güclü stressdə olan və hər hansı bir virus daşıyıcısıdırsa, o zaman həmin pasientlər risk qrupuna daxildirlər və həmin pasientlər daim həkim nəzarəti altında olmalıdırlar. Əgər sizə implant qoyulubsa o zaman sizə ildə 2 dəfə həkim müayinəsindən keçmək məsləhət görülür. Bu müayinələr zamanı həkim tərəfindən implantın stabilliyi xüsusi cihaz vasitesi ilə ölçülə bilir, onun hər hansı bir proqresiya və ya  reqresiyası müşahidə olunarsa səbəbi aradan qaldırılır, hər hansı bir təmizləmə problemi yaşanılırsa həkim tərəfindn pasientə izah olunur. Əgər implant akluziyada artıq yük daşıyırsa həkim tərəfindən bu nöqsanlar aradan qaldırılır.

“Vadent” estetik klinikası öz pasiyentlərinə implantologiyanın ən yeni kəşflərini təklif edir. İmplantologiya – diş sırasının hər bir nöqsanlı problemlərini tez və effektiv şəkildə həll etməyə imkan verir. Sizin təbəssümünüz kamil və harmonik olacaqdır. Müasir və yüksək keyfiyyətə malik olan materialların tətbiqi isə bu kamilliyin uzunömürlü olmasına zəmanət verir.

Klinikamızın ixtisaslı cərrahları bütün işlərini yeni metodlardan istifadə etməklə müasir avadanlıqda yerinə yetirirlər. Bu zaman 3D kompüter tomoqrafiyasından istifadə olunduğuna görə, diaqnostikanın maksimal dəqiqliyi əldə edilir. İmplantların uzunömürlü olması isə onların yüksək keyfiyyəti ilə əlaqədardır. Belə ki, implantlar aparıcı Avropa istehsalçılarının məhsuludur. Klinikada hər bir pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq, implantasiyanın müvafiq növü tətbiq edilir.

3D kompüter tomoqrafiya metodunun effektivliyi onun yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur. 3D tomoqraf vasitəsilə müayinə zamanı hər hansı bir təhrif istisna olunur. Aparatdan istifadə olunarkən pasiyentin qəbul etdiyi minimal şüalanma isə ona ildə 15 dəfə tomoqrafiyadan keçməyə imkan verir. Nəzərə alınmalıdır ki, bərk diş toxumalarında, diş kökü kanallarında, çənə sümüklərində gedən iltihab prosesləri zamanı yalnız 3D kompüter tomoqrafiyası metodu ilə ən dəqiq diaqnoz qoymağı təmin etmək mümkündür. Diş implantasiyasının aparılması zərurəti və ya digər operativ stomatoloq-həkim müdaxiləsi planlaşdırıldığı zaman isə 3D kompüter tomoqrafiyası sadəcə əvəzedilməzdir.

“Vadent” estetik klinikası pasiyentlərinə ən müasir və layiqli texnologiyalar təklif edərək daima stomatologiyanın bu istiqamətini inkişaf etdirir.