Dr.Vüqar Quliyev

 

IMG_7414 (5)Dr. Vüqar Quliyev Aydın oğlu

Quliyev Vüqar Aydın oğlu 1982 - ci ildə Bakı şəhərində doğulub. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Stomotologiya fakultəsindən məzun olub. 2003-2004 illərdə internaturanı bitirmişdir. 2005-2008 ci illərdə Dünya Diş klinikasinda işləmişdir. Həmin müddət ərzində (İtaliyada) Dr.Stefano Palmieri-nin İmplantoloji kursunu, (Almaniyada ) Dr.Qovşteyn.B.A–nın Endodontiya kursunu, (Ukrainada) Sergey Radlinskiy-nin Ön dişin estetik bərpası kursunu, (Türkiyədə) Dr. Selim Pamuk-un Estetik Stomotologiya üzre kursunu bitirmişdir. 2008-ci ildən şəxsi V.A.Dent estetik klinikasinda baş həkim vəzifəsində bu günə kimi çalışır. Bu müddətdə (İsraildə) Eli E.Machtei-nin İmplantaloji kursunu, (İspaniyada) Dr.Pena Pena İmplantoloji kursunu, (Ukraniyada) Nazariy Mixailyuk və Maksim Belograd Endodontiyadan Restavrasiya kursunu bitirmişdir. ABŞ-da estetik stomotologiya endodontiya və SNQ dövlətlərindən həkimlər arasinda keçirilmiş Emmediate Bond Streng beynalxalq yarışmasında 3-cü yer mükafatını almışdır. Türkiyədə EDAD –ın (Estetik diş həkimərinin Akademiyası dərnəyinin) üzvüdür. Hal hazırda Frankfurd am Main University-də diplom sonrakı təhsilini davam etdirir.