Dişlərə qulluq

Dişlərə qulluq haqqında  pasientlərə məlumat

Karies –Dişin üzərində yaranmış yumşaq diş ərpinin altında gedən bir prosesdir .Diş  ərpində yaranan  turşular mina qatının zədədlənməsinə və prosesin dərinə keçməsinə səbəb olur.Bu səbəbdən dişin üzündə heç bir diş ərpinin qalmaması vacibdir. Bunun üçün diş fırçasından, diş arası fırçadan və diş saplarından istifadə etmək çox vacibdir.Bundan əlavə keyfiyyətli diş məcunu seçilməsi (hər pasientdə individual önəmlidir) .Diş fırçasının yumşaqlığı və diş məcunun abrazivliyi uyğun olmalıdır,yəni diş məcunun abrazivliyi çox olursa diş firçası mümkün qədər yumşaq olması lazımdır.Əks təqdirdə gigeyenik prosedur  mina qatının patoloji sürtülməsinə səbəb olur.Diş məcununun tərkibində olan ftor mina qatında yaranmış kiçik turşu zədələnmələrini aradan qaldırmağa malikdir.Buna baxmayaraq zob xəstələrində ftor tərkibli diş məcunlarını istifadə etmək məsləhət görülmür.Sabit olan diş protezləri eyni gigiyenik vasitələrlə təmizlənməlidir ki ,protez ətrafında yumşaq toxumalar hər zaman sağlam qalsın. Sabit olmayan protezlər isə xüsusi diş məcunları ilə təmizlənməlidir.