İmplant nədir?

 V.A.Dent-dəki diş implantları

İmplant nədir? İmplant çənə sümüyünə yerləşdirilən və protezlərə dəstək üçün qoyulan düzəlmə diş kökləridir .Bunlar əksik olan dişlərin yerinə yerləşdirilən, uzun ömürlü və yaşam boyu sorunsuz şəkildə istifadə edilə bilən daha çox titandan hazırlanan vintlərdir. Bunlar diş həkimləri tərəfindən steril şəraitdə kiçik bir cərrahi müdaxilə ilə çənə sümüyünə yerləşdirilirlər. Bu prosedurdan sonra təxmini olaraq 5-6 həftə içində implant çənə sümüyünü tam tutur. Bu aşamalardan sonra həqiqi bir diş kökünün yerini alan implant, üzərinə qoyulacaq protezi(qapağı) saxlaya biləcək vəziyyətə gəlir. İmplant qoyulmasını həyata keçirtmək üçün öncəliklə implant dəstəkləyəcək sümük toxumasının olması ve diş ətlərinin sağlam olmasına diqqət edilməlidir.. Bunlar olmadığı halda əlavə sümük tətbiqi ilə də implant qoyulur.