ESTETİK STOMATOLOGİYA

Təbəssümünüzün Sizin qürur predmeti olmasına imkan yaradın!

“Vadent” estetik klinikasının mütəxəssisləri Sizə yaraşıqlılıq və sağlamlığın sevincini bəxş edəcəklər. Biz estetik stomatologiyanın yalnız ən yeni texnologiyalarını təklif edirik. Bü üsulun məqsədi dişlərdəki müxtəlif nöqsanları aradan qaldırmaqdır. Klinikamızın mütəxəssisləri Sizin sağlamlığınız və kamilliyiniz qarşısında duran bütün maneələri dəf etmək iqtidarındadır!

Estetik stomatologiya dedikdə nə başa düşülür?

Estetik stomatologiya, yəni:

  • Keramik əlavələr;
  • Metallokeramika;
  • Əlvan metalların tətbiqi ilə olan keramika;
  • Sirkon əsaslı metalsız keramika;
  • CAD-CAM texnologiyası ilə hazırlanmış keramika;
  • Bədii bərpa;
  • Estetik vinirlər;
  • Mikroprotezləşdirmə;
  • Ortodontiya;
  • Dişlərin ağardılması.

Biz klinikamızda tətbiq edilən bəzi ən yeni texnologiyaların nümunələrindən misallar çəkə bilərik.

Məsələn, “Vadent” klinikası ölkədə mövcud olan tək-tük bu tipli müəssisədir ki, müasir dünya stomatologiyasının ən son nailiyyətlərindən olan CAD-CAM diş-protezləşməsi texnologiyasını tətbiq edir. Bu texnologiya diş protezlərini zərgər dəqiqliyi ilə hazırlamağa imkan verir. Protezlər kompüter modelləşdirilməsi və rəqəmsal proqram təminatı olan ən müasir dəzgahlarda ultra dəqiq frezer vasitəsilə hazırlanır. Texnologiyanın unikallığı onun yalnız kompüterləşmiş istehsalı ilə əlaqədar deyildir. CAD-CAM texnologiyasının tətbiqi zamanı ağız boşluğu xüsusi cihaz vasitəsilə skanə edilir. Daha sonra, skanə edilmiş məlumatlar rəqəmsal formata çevrilir. Beləliklə, də protezlərin çox dəqiq şəkildə ağız boşluğunda yerləşdirilməsi əldə edilir.

Bütün bu ən yeni texnologiyalar mütəxəssislərimizin gündəlik iş praktikasında tətbiq olunmaqdadır. Beləliklə, dünya stomatologiyasında müsbət rəylər almış yeni imkanlar artıq bu gün bizim pasiyentlərin xidmətinə təqdim edilmək üçün hazırdır!

“Vadent” klinikasının həkimləri dişlərin müalicəsi zamanı əsasən keramik plomblardan (ceramic onlay) istifadə edirlər. Digər plombların qarşılığında keramikadan hazırlanmış plombların üstünlüyü sadəcə müqayisəyəgəlməzdir. Keramik plomb – yüksək dərəcəli möhkəmlik və estetika, dişin sağlam mina təbəqəsi ilə tam uyğunluq və praktik olaraq qeyri-məhdud istismar müddəti, ideal forma və fərdi hazırlanma deməkdir. Yüksəkkeyfiyyətli keramik plomb dişin itirilmiş formasını tam bərpa. Plomb dişə qoyularkən isə toxumaların quruluşuna ciddi müdaxilə tələb olunmur.

Comments are closed.