CƏRRAHİYYƏ

Dişlərin çəkilməsi

Dişlərin çəkilməsi zamanı diş ətində olan yumşaq toxumalarısümük toxumasını qorumaq çox vacibdir.Bunun üçün xüsusi cihazlar (Piezo cihazı) və alətlər (Bennex alətləri) lazımdır.Diş çəkilməsi zamanı ətraf toxumalar zədələnirsə ,gələcəkdə həmin bölgənin atrofiyasına səbəb olur ,o da estetikimplant yerləşdirmələri zamanı  maniyələr yaradır.Bunun üçün yuva qoruma (socet preservation) texnikasını istifadə etməklə  diş çəkilən bölgəyə qandan alınmış PRFsümük biomaterilları yuvaya qoyulur.Bu prosedur aparılan bölgədə diş çəkimindən sonra yaranan atrofiyanın qarşısı alınır.Bəzən dişlər retentləşmiş və ya yarı retentləşmiş olur.Bu tip dişləri çəkmək üçün kiçik cərrahi müdaxilə tələb olunur.

Kistektamiya

Diş köklərinin iltihabı kanal müalicəsi vasitəsi ilə aparılır.Bəzən kök ətrafında uzun müddət iltihab olduqda kistaların əmələ gəlməsinə səbəb olur.                                                     Diş kökün kistalarını kistektamiya kimi prosedurlar ilə aradan qaldırırlar.

Kök  Hemiseksiyası

İki köklü dişlərdə  kök arasında çatlar və ya perforasiya olduğu halda Hemiseksiya texnikası ilə həmin köklər ayrılır və ayrı diş kimi bərpa olunur.

Gingivoplastika (Diş əti çəkilmələri müalicəsi)

Gingivoplastika -diş ətinin gülüş xətdindən aşağıda olması estetik problemlər yaradır.Bundan başqa diş ətlərinin çəkiməsində də dişlər uzun görsənir.Diş ətini əvvəlki səviyyəyə qaldırmaq və ya gülüş xəttini düzəltmək gingivoplastika əməliyyatları ilə mümkündür.

Kök amputasiyası

Çox köklü dişlərdə bir kökdə iltihab və ya kist olduqda və bu iltihab müalicə olunmadıqda kök amputasiyası proseduru keçirilir.Bu prosedur diş qalmaq şərti ilə dişin yalnız bir kökü çəkilir.

Sümük atrofiyalarının cərrahi bərpası

Sümük həcminin artırılması -Dişlər uzun müddət öncə çəkildikdə və ya travmalı diş çəkilməsi keçirilibsə həmin yerdə ciddi sümük atrofiyası müəyyən olunur.Bu hallarda damaq profili dəyişir və implant müalicəsi üçün kifayyət qədər toxuma olmadığından GBK yəni sümük həcminin artırılması proseduru keçirilir.Bunun üçün autograftxenograftlardan,biomateriallardan istifadə olunur.

Sinus lift əməliyyatları

Yuxarı çənə boşluğu (sinus) diş çəkilən zaman aşağıya doğru inkişaf edir ve o da öz növbəsində  implant müalicəsi üçün  əlavə sinus lift prosedurunu etmək məcburiyyətini yaradır.                                                                                                                           Sinus lift açıq yəni (Lateral approach) və qapalı (crest approach) şərti ayrıla bilər.

Frenulum ektomiya

Frenulum kəsilməsi -Yuxarı və ya aşağı dodağın frenulumu dişlərə çox yaxın birləşərsə diş ətinin çəkilməsinə dişlərin arasında diastemaların yaranmasına səbəb olur.Klinikamızda olan lazer cihazı ilə qansız ağrısız frenulanı yuxarı qaldırırlar.

 

 

Comments are closed.